Azad Rəhimovdan iş istədilər
Gənclər sahəsi üzrə edilən müraciətlərin böyük əksəriyyəti Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.
Digər müraciətlər idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri istiqamətində olub.
Qəbul zamanı ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı da müraciətlər edilib.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Teqlər: