Ehtiyatda olan polkovnikə medal verildi - Fotolar

Ehtiyatda olan polkovnikə medal verildi -    Fotolar
  23 May 2024    Oxunub:793
May ayının 22-də Dövlət Sərhəd Xidmətinin aparatında və Akademiyasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan veteran sərhədçi polkovnik Qədirov Nizami Düni oğlunun anadan olmasının 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Yubiley tədbirində Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Tədbirdə hələ Ulu Öndər Heydər Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin yarandığı vaxtlarda milli sərhəd mühafizəsinin qurulmasında və formalaşmasında polkovnik N. Qədirovun uzunmüddətli xidmətlərindən danışılıb, ona həvalə edilmiş bütün vəzifələrin öhdəsindən layiqincə gəldiyi, peşəkar zabit kimi dövlət sərhədlərinin mühafizəsinə öz töhfəsini verdiyi xüsusi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yubilyara “Sərhəddə fərqlənməyə görə” medalını və vəsiqəsini təqdim edib, ömrünü Vətən sərhədlərinin qorunmasına həsr etmiş polkovnik N. Qədirova Vətən qarşısında əvəzsiz xidmətləri üçün öz səmimi təşəkkürünü bildirib.

Hazırda DSX Akademiyasında pedaqoq kimi gənc sərhədçi zabitlərin yetişdirilməsində bilik və bacarıqlarını əsirgəməyən polkovnik N. Qədirov ona göstərilən xüsusi diqqətə görə təşəkkür edərək sərhədləri bütöv, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin mənsubu olmaqdan qürur duyduğunu bildirib.




AzVision.az


Teqlər:





Xəbər lenti