Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib
  22 İyun 2024    Oxunub:899
Naxçıvan polisi yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edib
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Culfa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 755 min 620 kol, Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 18 min 500 kol, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 5852 kol, Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 9912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın 789 min 884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti