İrəvandan daha bir təxribat: "Artsax" yeparxiyasının ofisi açıldı

   İrəvandan daha bir təxribat:    "Artsax" yeparxiyasının ofisi açıldı
  21 İyun 2024    Oxunub:934
İrəvanda Erməni Apostol Kilsəsinin (AAÇ) "Artsax" (Azərbaycanın Qarbağ bölgəsinə verilən qondarma ad-red.) Yeparxiyasının ofisi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Dialoq” ictimai təşkilatı məlumat yayıb.

Qeyd edilir ki, erməni apostol kilsəsinin "Artsax" yeparxiyasının rəhbəri, yepiskop Vrtanes Abrahamyan Qarabağ erməniləri ilə görüşündə ofisin açılmasını rəsmən elan edib.

O daa vurğulanıb ki, yeni struktur Azərbaycanın Qarabağ bölgəsindən olan erməni sakinlərinin hüquqları ilə bağlı problemlərin qaldırılması məqsədilə yaradılıb. Onun "Artsax" adı ilə yaradılması isə təxribat və revanşist xarakterli olmasından xəbər verir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti