Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar
![Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar](https://azvision.az/photos/2024/06/17190837911682934581_1200x630-1719084348.jpg)
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası ikinci, şpaqa üzrə qızlardan ibarət yığma isə üçüncü yeri tutub.
Cüdoçulardan Musa Huseynli (90 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc mükafatın sahibi olublar.
İdmançılarımız multiidman yarışını ümumilikdə 34 medalla başa vurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan Oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.
AzVision.az
Teqlər: