Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyə ediliblər

   Xırdalanda yaşayış binasında yanğın:    Sakinlər təxliyə ediliblər
  23 İyun 2024    Oxunub:573
Xırdalanda yaşayış binasında yanğın hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində doqquz ədəd sayğac, 12 ədəd qoruyucu açar və üç p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri uşaq olmaqla beş nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti