Ana və qızları imtahanda yüksək bal topladılar

   Ana və qızları imtahanda yüksək bal topladılar
  21 İyun 2024    Oxunub:910
Riyaziyyat müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin birinci seansında ana və iki qızı yüksək nəticə əldə edib.
Bu barədə AzVision.az - a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 3 müəllimi yüksək nəticə göstərib. Belə ki, Asya Yusifova 58 bal, onun qızları - Mehriban Şikarlı 58 bal, Günel Şikarlı isə 59 bal toplayıblar.

Qeyd edək ki, bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 000-ə yaxın müəllim dəvət edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti