Qəzzalı tələbələr: "Artıq gələcəyimiz yoxdur"
![Qəzzalı tələbələr: "Artıq gələcəyimiz yoxdur" Qəzzalı tələbələr: "Artıq gələcəyimiz yoxdur"](https://azvision.az/photos/2024/06/4848-1719056138.jpg)
Qəzza zolağında 40 minə yaxın tələbə müharibə səbəbi ilə öz təhsil karyeralarında irəliləməkdən məhrum qalıb.
"Müharibə başlamazdan qabaq cidd-cəhdlə oxuyur, çalışırdım. Oktyabrda isə müharibə qopdu. Əksər məktəb və universitetlərin binaları xarabalığa çevrildi. Artıq gələcəyimiz, təhsil həyatımız yoxdur, lakin amalımdan əl çəkməyəcəyəm. Sığınacaqda da dərslərimi oxumaqdayam", - xanım tələbə deyib.
Firudin Həmidli
AzVision.az