Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib
  22 İyun 2024    Oxunub:589
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Qacar kəndinin ərazisində yabanı halda bitən 3 tondan artıq 6832 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

AzVision.az





Teqlər:





Xəbər lenti