Səfirlərin Bakıya çağırılmasına XİN-dən reaksiya

Səfirlərin Bakıya çağırılmasına XİN-dən reaksiya
  03 İyul 2014    Oxunub:1120
Xarici İşlər Nazirliyi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin Bakıya çağırılması ilə bağlı xəbərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzVision.az-a açıqlamasında bu barədə rəsmi qərarın qəbul edilmədiyini diqqətə çatdırıb.

“Bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər daxil olur. Qeyd edim ki, bu barədə hər hansı qərar qəbul olunmayıb. Əgər qərar qəbul edilsə, biz bu haqda məlumat verəcəyik”

Qeyd edək ki, modern.az saytının yaydığı məlumata görə, yaxın günlərdə prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçirləcək. Məlumata əsasən, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək.

Azərbaycan dövlət başçısının ötən illərdə diplomatlarımızla bir neçə dəfə belə görüşləri olub.


Teqlər:  





Xəbər lenti