ABŞ İraqa 300 əsgər göndərib

ABŞ İraqa 300 əsgər göndərib
  01 İyul 2014    Oxunub:931
ABŞ İraqa daha 300 hərbçi göndərib.

AzVision.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, hərbçilərlə yanaşı bu ölkəyə bir neçə hərbi helikopter və pilotsuz təyyarə də göndərib.

ABŞ hərbçiləri və texnikası Bağdad hava limanı və bir sıra digər müəssisələri qoruyacaq. Rəsmi Pentaqon iddia edir ki, bu tədbirlər İraqdakı ABŞ vətəndaşları və yerli əhalini qorumaq üçün atılıb.

Prezident Barak Obama daha əvvəl İraqda 300 hərbi müşavirin yerləşdirilməsi və iki operativ mərkəzin yaradılması barədə əmr imzalayıb. Onların ABŞ-İraqa edəcəyi köməyin miqdarına dair tövsiyələr verməlidirlər. Artıq 180-a yaxın müşavir İraqdadır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti