İŞİD xilafət yaratdı

İŞİD xilafət yaratdı
  30 İyun 2014    Oxunub:1285
İraq və Suriyanın bir hissəsini ələ keçirən “İraq və Şam İslam Dövləti” (İŞİD) bu ərazilərdə xilafətin yaradılmasını elan edib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

İslamçılara məxsus saytlar və “Twitter” hesablarında yerləşdirilən məlumatlarda qruplaşma üzvüləri bütün müsəlmanları xilafətə sadiqlik andı içməyə çağırırlar. İŞİD-in özü isə bundan sonra özünü “İslam Dövləti” adlandıracaq. Xilafətin rəhbəri isə İŞİD-in rəhbəri Əbu Bakar əl-Bağdadi elan olunub.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti