"Neftçi" - "Spartak" oyunu ləğv edilib

   "Neftçi" - "Spartak" oyunu ləğv edilib
  23 Mart 2024    Oxunub:742
Bu gün keçiriləsi "Neftçi" - "Spartak" (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.
Bakı klubundan AzVision.az -a verilən məlumata görə, səbəb Moskvada ötən axşam baş vermiş terror aktı və çox sayda insanın həlak olmasıdır.

Matç üçün alınmış biletlər qaytarılacağı bildirilib.

Yoldaşlıq görüşü bu gün saat 18:00-da keçiriləcəkdi.

AzVision.az


Teqlər: idman   futbol   terror-aktı  





Xəbər lenti