Pan Gi Mun Bakıya məktub göndərdi

Pan Gi Mun Bakıya məktub göndərdi
  28 İyun 2014    Oxunub:1262
BMT-nin baş katibi Pan Gi Mun ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasına müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir:

“Mən, ATƏT-in Parlament Assambleyasının 23-cü illik sessiyasındakı bütün iştirakçılara öz salamlarımı göndərməkdən məmnunam. Sessiyada “Helsinki+40: Hamı üçün bəşəri təhlükəsizliyə doğru” mövzusunun müzakirəsi, dörd onillik bundan əvvəl imzalanan Helsinki Yekun Aktı prinsiplərinin icrasına ehtiyac olduğunu xatırlatmaq üçün təsirli bir vasitədir. Mən sizə dünya xalqlarının bizdən gözlədikləri etimadları doğrultmaq üçün qüvvələrinizi bizimlə birləşdirdiyinizə görə təşəkkürümü bildirir və həm bu Assambleyada, həm də bundan sonrakı fəaliyyətinizdə sizə böyük uğurlar arzu edirəm”.


Teqlər:  





Xəbər lenti