Millimiz Avropa çempionatında qələbə qazanıb

   Millimiz Avropa çempionatında qələbə qazanıb
  20 Mart 2024    Oxunub:629
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının 2-ci qrupunda son oyununu keçirib.
AzVision.az xəbər verir ki, yığma moldovalı həmyaşıdları ilə üz-üzə gəlib.

Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelindən Azərbaycan yığması böyükhesablı qalibiyyətlə ayrılıb - 4:1. Komandamızın qollarına Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) imza atıblar. Bununla yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.

Xatırladaq ki, Azərbaycan millisi ilk iki matçında Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.

AzVision.az


Teqlər: idman   futbol   qələbə  





Xəbər lenti