Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri müəyyənləşib

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri müəyyənləşib
  18 Mart 2024    Oxunub:1012
Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının (AAF) təşkilatçılığı ilə media əməkdaşları arasında Novruz bayramına həsr olunmuş atıcılıq turnirinin qalibləri müəyyənləşib.
AzVision.az xəbər verir ki, pnevmatik idman tapançasından 10 metr məsafəyə atəşaçma üzrə yarışda birinci yerə 65 xal toplayan Ləman Quluzadə ("sabahinfo.az") layiq görülüb.

ARB telekanalının əməkdaşı Eltürk Həsənli 65 xal toplasa da, əlavə göstəricilərə görə ikinci yeri, 10 atışdan 64 xal toplayan “CBC Sport” telekanalının əməkdaşı Zaur Abbasov isə üçüncü yeri tutub.

Turnirdə ilk üç yerin qaliblərinə müvafiq olaraq, 300, 200 və 150 manat pul mükafatı və diplom təqdim edilib.

Müvafiq olaraq, 4-5-ci yerləri tutan Seyhun İsayev ("Brendsport.az") və İlham İsmayılov ("Kaspi" qəzeti) isə "Fəal iştirakçı" diplomu ilə təltif olunub.

Yarışın əsas məqsədi media əməkdaşları ilə MOK arasında əməkdaşlığı genişləndirmək və Vətənin müdafiəsinə həmişə hazır olmağı aşılamaqdan ibarətdir.

AzVision.az


Teqlər: idman   media   atıcılıq  





Xəbər lenti