90 kq mal məhv edildi

90 kq mal məhv edildi
  28 İyun 2014    Oxunub:1329
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
AzVision.az xəbər verir ki, Qaradağ, Pirallahı, Nərimanov, Xəzər, eləcə də Quba, Sumqayıt, Neftçala, Qusar, Sabirabadda saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 90 kiloqramdan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Teqlər:





Xəbər lenti