Ərdoğan 12 ildən sonra Misirdə - YENİLƏNİB

   Ərdoğan 12 ildən sonra Misirdə -  YENİLƏNİB
  14 Fevral 2024    Oxunub:1807
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra Misirə gedib.
AzVision.az xəbər verir ki, Ərdoğanı Qahirə Beynəlxalq Hava Limanında Misir prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.

Ərdoğan və Sisi ikitərəfli və heyətlərarası görüşlər keçirəcək. İki lider daha sonra mətbuat konfransında çıxış edəcəklər.

Ərdoğan xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin baş müşaviri Akif Çağatay Kılıçla birlikdə Qahirəyə gedib.

***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Misirə rəsmi səfər edəcək./strong>

AzVision.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, İsrail-Fələstin münaqişəsi, habelə regional məsələlərin müzakirə olunacağı gözlənilir.

Liderlərin görüşündə ticarət, müdafiə, enerji və turizm kimi müxtəlif sahələrdəki imkanlar da qiymətləndiriləcək.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 12 il əvvəl Misirin o vaxtkı prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pozulmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti