Həcc ziyarəti ilə bağlı məhdudiyyətlər olacaq? - Açıqlama

   Həcc ziyarəti ilə bağlı məhdudiyyətlər olacaq? -    Açıqlama
  12 Fevral 2024    Oxunub:961
Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, sənədlərin qəbulu fevralın 12-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binada aparılacaq.
QMİ-nin Xarici Əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiri AzVision.az -a açıqlamasında Həcc ziyarəti üçün hələ kvotanın müəyyənləşmədiyini qeyd edib. O, həmçinin qeyd edib ki, Həcc ziyarəti ilə bağlı əvvəlki illərdə mövcud olan yaş məhdudiyyəti və peyvənd tələbi yoxdur.

Qeyd edək ki, Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti