İraq və ABŞ arasında dialoqun birinci raundu başlayıb

 İraq və ABŞ arasında dialoqun birinci raundu başlayıb
  27 Yanvar 2024    Oxunub:743
Bağdadda beynəlxalq koalisiya qüvvələrinin İraq ərazisindən çıxarılmasının yekun vaxtını müəyyən etmək üçün ABŞ-la ikitərəfli danışıqların birinci raundu başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd əl-Sudaninin mətbuat xidməti məlumat yayıb.

“Bu gün İraq və ABŞ arasında ikitərəfli dialoqun birinci raundu başlayıb, onun məqsədi beynəlxalq koalisiyanın İraqdakı missiyasını başa çatdırmaqdır”, - deyə İraq baş nazirinin mətbuat xidməti deyib.

Qeyd olunur ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin çıxarılması qrafikini müəyyən edən xüsusi komitə İraq Nazirlər Kabinetinin rəhbərinin birbaşa göstərişi ilə işə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti