Çinlilərin qızıldan dəyərli məsləhəti - MARAQLI

Çinlilərin qızıldan dəyərli məsləhəti - MARAQLI
  23 İyun 2014    Oxunub:4967
Minillik təcrübəyə malik olan xalq pis məsləhətlər verməz. Çin xalqının yazılı tarixi 3500 ildir və bu müddət ərzində dünyada həmişə fərqli yer tutub.
Çin mədəniyyətində hər birimizin həyatına kömək edən bu cür şeylər çoxdur.
AzVision.az Çin müdrikliyinin nümunəsi olan və isti çay dadı verən atalar sözləri və deyimlərini təqdim edir:



Minlərlə kilometrlik yol bir addımla başlayır.

Qismətində görüşmək olan şəxslər arasında zamandan və məkandan asılı olmayaraq görünməz qırmızı ip var. İp gərilə və ya boşala bilər, amma qırıla bilməz.

Çatışmazlıqlarını göstərən şəxs heç də həmişə düşmənin deyil.

Üstünlüklərindən danışan şəxs heç də həmişə dostun deyil.

Qələbə ərəfəsində təslim olmaq hissi daha güclü olur.

Gecikməkdən yox, dayanmaqdan qorxun.

Həyatda hiyləgərlik gənc, lakin mümkün qədər gec ölməkdir.

Zamandan başqa itirlən hər şeyi tapmaq mümkündür.

Təcrübə keçəl olandan sonra əldə etdiyimiz daraqdır.

Əgər sakitliyi yaxşıya doğru dəyişməyəcəksinizsə, danışmayın.

Güclü maneəni dəf edir, müdrik isə bütün yolu.

Xoşbəxtliyin olduğu daxma cansıxıcı saraydan daha zəngindir.

Çalış, hər zaman rahatlıq hissi ilə yaşayasan. Yaz gələndə çiçəklər özü açılacaqlar.

Axmaq adamın xöşbəxtliyi də axmaq olur.

Əgər sən büdrəyib yıxılmısansa, bu hələ o demək deyil ki sən səhv yoldasan.

Çox uzun müddət sahildə otursanız əvvəl-axır düşməninizin cəsədi sizin yanınızdan üzüb keçəcək.

Hər zaman hər şeyə parlaq tərəfindən baxın. Əgər parlaq tərəf yoxdursa, qaranlıq tərəfi parlayana qədər silin.



Hər şey öz vaxtında baş verir.

Əgər heç yerə üzmürsənsə, onda səni istiqamətləndirən külək də olmayacaq.

Bilmədiyindən qorxma, öyrənmədiyindən qorx.

Müəllim sadəcə qapını açır, sonrasını özün getməlisən.

Külək nə qədər güclü olsa da dağlar ona boyun əyməz.

Sən dedin – mən inandım, sən təkrar etdin – mən şübhələndim, sən təkid etməyə başladın və mən başa düşdüm ki, yalan deyirsən.

Əgər sənin istedadın varsa, indiki bəxtsizlikdən qorxma.

Qüsursuz dost yoxdur. Əgər qüsur axtarsan, dostsuz qalacaqsan.

Dincəlməyi bacarmayan yaxşı işləyə bilməz.

Bədbəxtlik onun üçün açılan qapıdan gəlir.

Qızarmağı bacaranın qəlbi qara ola bilməz

Yüz ilə yaradılan bir saata məhv edilə bilər.

Bir yastıqda yatmaq hər dəfə eyni yuxunu görmək demək deyil.

Min gün kölgə olmaqdansa, bir gün insan ol.

Heç kim səyahətdən əvvəl olduğu kimi qayıtmır.

Böyük çay səssiz axır, ağıllı insan səsini qaldırmaz.

Əgər qadının istedadı yoxdursa, bu artıq məziyyətdir
Ən yaxşı döyüş heç vaxt olmayandır.

Kiçik şeylərə dözə bilməsən böyük planları dağıdarsan
Dağı yerindən tərpətmmiş insan buna xirda daşların yerini dəyişməklə başlayıb.

Ancaq səhv var, çıxılmaz vəziyyət yoxdur.

Əgər səhv etmisənsə yaxşısı budur dərhal gülməyə başla.

Ağac əkmək ən yaxşı vaxt 20 il bundan əvvəl olub, növbəti belə imkan isə bu gündür.

Hazırladı: Fatimə Kərimli
Mənbə: AdMe.ru



Teqlər:  





Xəbər lenti