SOCAR 107 nəfərə `yox` dedi

SOCAR 107 nəfərə `yox` dedi
  21 İyun 2014    Oxunub:1270
Kadr Hazırlığının Təşkili Mərkəzinə və Qobustan Regional Təlim Mərkəzinə şagird qəbulunun birinci turu başa çatıb.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, ixtisaslı fəhlə kadrlarının hazırlanması məqsədilə ARDNŞ-nin Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə (KHTM) və Qobustan Regional Təlim Mərkəzinə (QRTM) iyunun 3-dən elan edilmiş sənəd qəbulu iyunun 17-də başa çatıb.

KHTM və QRTM-ə qəbul olunmaq üçün 1357 nəfər müraciət edib. Müsabiqənin I turunda namizədlərin elektron ərizə formasında qeyd etdikləri məlumatların müsabiqənin şərtlərinə uyğun gəlməsi yoxlanılıb. Müsabiqənin şərtlərinə uyğun gələn 1250 nəfər namizədin müraciəti təsdiqlənib, 107 nəfər iddiaçı isə müsabiqədən kənarlaşdırılıb. KHTM və QRTM-ə 16 ixtisas üzrə 257 nəfərin qəbul edilməsi nəzərdə tutulub. KHTN və QRTM-də bütün ixtisaslar üzrə bir yer üçün müraciət edənlərin sayı ən azı 2 nəfər olub. Karotajçı, kimyəvi analiz laborantı, neft və qaz hasilatı üzrə operator ixtisaslarında isə hər yerə 13-14 nəfər iddia edir.

23, 24, 25 iyun tarixlərində KHTM və QRTM-də müsabiqənin II turu - müsahibələr, daha sonra test imtahanı keçiriləcək.


Teqlər:  





Xəbər lenti