Avtobus qəzasında yaralananların ADLARI

Avtobus qəzasında yaralananların ADLARI
  21 İyun 2014    Oxunub:1414
Bakıda baş verən avtobus qəzasının səbəbləri açıqlanıb.
AzVision.az-ın xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsindənAPA-ya bildirilib ki, marşrut avtobusunun aşmasına onun yük maşını ilə toqquşması səbəb olub. Belə ki, 1984-cü il təvəllüdlü Elşən Allahverdiyevin idarə etdiyi “196” saylı xətt üzrə hərəkət edən “İVECO” markalı marşrut avtobusu İran İslam Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Vəli Sərbaz Kamilin idarə etdiyi “HOWO” markalı yük avtomobili ilə toqquşub. Qəzanın təsirindən avtobus aşıb.

Polisdən həmçinin bildirilib ki, qəza nəticəsində xəsarət alanların adları müəyyənləşib. Onlar - 45 yaşlı İsmayıl Əfsərli, 15 yaşlı Əli Məmmədov, 21 yaşlı Samir Həsənli və 49 yaşlı Nəzakət Murtuzayeva, 51 yaşlı Səfilə Murtuzayva, 24 yaşlı Zöhrə Murtuzayeva, 35 yaşlı Məlahət Mirzəyeva, 26 yaşlı İlkin Əliyev, 22 yaşlı Sevinc Abbasovadır.


Teqlər:





Xəbər lenti