Jurnalistə kömək lazımdır

Jurnalistə kömək lazımdır
  18 İyun 2014    Oxunub:1243
İyunun 16-da səhər saatlarında Bakı-Qazax yolunda üç avtomobil toqquşub, hadisə nəticəsində 5 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.

AzVision.az xəbər verir ki, qəza nəticəsində ağır bədən xəsarətləri alanlardan biri də 28 yaşlı Anar Rəhimovdur. O, Tovuzda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan A.Rəhimov gecə saatlarında xüsusi təyyarə ilə Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

A.Rəhimovun jurnalist həmkarlarının Musavat.com-a verdiyi məlumata görə, hazırda o, koma vəziyyətindədir: “Hadisə nəticəsində Anar çoxsaylı bədən xəsarəti alıb. Amma ən təhlükəli xəsarət pisi beynindədir. Qəza nəticəsində kəllə sümüyündə qırıqlar olub. Həkimlər dərhal əməliyyat etdilər. Qırılan sümükləri bərpa etmək mümkün deyil. Onları süni yolla əvəz edəcəklər. Hazırda Anar koma vəziyyətindədir. Həkimlərin dediyinə görə, yaxşı xəbər odur ki, əməliyyat zamanı beynində qanaxma olmayıb”.

Jurnalistin həyatını xilas etmək üçün maddi dəstək lazımdır: “Ümid var. Sadəcə maddi dəstək lazımdır ki, onun əməliyyatının və müalicəsinin xərclərini ödəmək mümkün olsun. Mərkəzi Klinik Xəstəxana pulludur. Hazırda ən güclü mütəxəssislər Anarı xilas etmək üçün çalışırlar. Sadəcə olaraq, maddi yardıma ehtiyac var. Bank hesabı açılır. İnşallah yardım sevərlər səsimizi eşidər”.

Bank hesabı açılanadək yardım etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər:

+994502649449 Ruslan Həsənov

+994515224001 Allahverdi Şəfiyev


Teqlər:





Xəbər lenti