İranda İddiaçı ananın 13 il həbs cəzası təsdiq olunub

İranda İddiaçı ananın 13 il həbs cəzası təsdiq olunub
  20 Noyabr 2023    Oxunub:640
Mazandaran əyalətinin Apellyasiya məhkəməsi “Qadın, Həyat, Azadlıq” etirazlarının qurbanlarından olan Məhəmməd Cavad Zahidinin anası Məhsa Yəzdaninin 13 illik həbs cəzasını təsdiqləyib.
xanım Yəzdaninin vəkili Meysəm Musəvinin yaydığı məlumata istinadən xəbər verir ki, bu qadına qarşı “sistemə qarşı təbliğat”, “xalqı qızışdırmaq”, “lideri təhqir etmək” və “müqəddəsləri təhqir etmək” ittihamları irəli sürülüb. Lakin 13 illik həbs cəzasının 5 ili icra oluna bilər.

Xanım Yəzdaninin 20 yaşlı oğlu Məhəmməd Cavad Zahidi ötən il Sarıda öldürülüb.
İnsan haqları müdafiəçilərinin məlumatlarına görə, Məhsa Əmininin ölümündən sonra başlayan ümummilli etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən 500-dən çox etirazçı öldürülüb.

İranın hakimiyyət orqanları bu qətliamı törədənləri nəinki cəzalandırmayıb, hətta son bir ildə ölənlərin ailələrinə çoxlu təzyiqlər göstərilib, onlardan bəziləri həbs edilib və ya xüsusi xidmət orqanlarına çağırılıb.


AzVision.az


Teqlər: İran   repressiyalar  





Xəbər lenti