HƏMAS-İsrail müharibəsi: Dünya kimi dəstəkləyir? - İnfoqrafika

  HƏMAS-İsrail müharibəsi: Dünya kimi dəstəkləyir? - İnfoqrafika
  17 Noyabr 2023    Oxunub:4365
HƏMAS yaraqlılarının oktyabrın 7-də İsrailə hücum edərək, 100-lərlə insanı girov götürməsi beynəlxalq ictimaiyyətin birmənalı şəkildə İsrailin müdafiəsinə qalxmasını şərtləndirdi. Lakin İsrail ordusunun Qəzza zolağında həyata keçirməyə başladığı qeyri-adekvat və yüzlərlə insanın, o cümlədən də qadının və uşağın ölümünə səbəb olan hərbi əməliyyatlar beynəlxalq aləmdə fələstinlilərə dəstək əhval-ruhiyyəsini gücləndirdi.
AzVision.az xəbər verir ki, ACLED (hərbi münaqişələr barədə məlumatların toplanması üzrə ixtisaslaşıb) təşkilatının hesablamalarına görə, Qəzza bölgəsi ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı oktyabrın 7-dən 27-dək dünyada 4200 nümayiş keçirilib. Bu həmin zaman kəsiyində bütün dünyada keçirilən mitinqlərin 38%-ni təşkil edib. Etiraz aksiyalarının 3600-də insanlar Fələstinə, 500-də isə İsrailə dəstək nümayiş etdiriblər. 95 mitinqdə hər iki tərəf sülhə çağırılıb.


Nümayişlər İsrailin strateji müttəfiqi olan ABŞ-da (600-dən çox), Avropada, Yaxın Şərqdə və Afrikada (təxmnən 1400) baş tutub. Aksiyaların intensivliyinə görə, Yəmən, İran, Türkiyə və Mərakeş seçiliblər. Bir çox ölkələrdə ABŞ (İsraili dəstələdiyinə görə) və İsrail markalı məhsullara boykot elan olunur.

Maraqlıdır ki, hətta ABŞ-nin diqtəsi altında xarici siyasət yürüdən bir sıra Qərb ölkələrində belə Fələstini dəstəkləyən çoxsaylı izdihamlı mitinqlər keçirilir. Həmin dövlətlərin siyasi rəhbərliyi bu mitinqləri ölkədə çoxsaylı müsəlman icmalarının mövcudluğu ilə əlaqələndirməyə çalışsalar da, etiraz aksiyalarında müxtəlif konfessiyaların minlərlə təmsilçisinin fəallığı tam başqa reallıqdan xəbər verir. Bu əslində həmin ölkədəki vətəndaşların siya elitanın Vaşinqtonun yedəyində getməsinin əleyhinə olduğunu sübuta yetirir.
Sahil İsgəndərov
AzVision.az




Teqlər: Qəzza   mitinqlər  





Xəbər lenti