Kobaxidze avropalı məmurları ittiham edib

Kobaxidze deyib ki, “dərin dövlət”in təmsilçiləri Gürcüstan hökumətindən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb etsə də, rəsmi Tbilisi bu təklifi rədd edib. Bundan sonra Volodimir Zelenski Ukrayna səfirini Tbilisidən geri çağırıb.
“Heç bir Avropa ölkəsi bu qərarı tənqid etmədi, çünki koordinasiyalı idi. Bizə dedilər ki, sanksiyalara qoşulmalı və döyüşçülər göndərməliyik. Biz bunu etmədik və nəticədə səfir geri çağırıldı. Bu, bizə siyasi təzyiq göstərməyə başlanmasına səbəb oldu”, - Gürcüstanın baş naziri vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Gürcüstan Avropa təzyiq