Əsəd ordusu daha 2 rayonu geri qaytarıb

Əsəd ordusu daha 2 rayonu geri qaytarıb
  16 İyun 2014    Oxunub:1058
Suriya ordusu Türkiyə sərhədində yerləşən Kəsəb və əs-Səmra bölgələrinə nəzarəti bərpa edib.
Suriya ordusu Türkiyə sərhədində irəliləyib. "Ən-Nusra Cəbhəsi" və digər silahlı qruplaşmalar Əsəd qüvvələrinin müqavimətinə tab gətirə bilməyərək silahlarını da qoyub qaçıblar.

Türkiyə sərhədləri üzlərinə bağlı olduğundan silahlılar İdlib istiqamətində geri çəkiliblər.

Qarşıdurmalar digər əyalətlərdə də davam edib. Ordu Homsun Ummu-Şərşuh rayonunu da radikallardan təmizləyib. Hələbin cənub-şərqində əl-Ədnaniyyə bölgəsində gedən qarşıdurmalarda Suriya ordusunun 22 əsgəri həlak olub və bir neçəsi əsir düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti