Nisə Qasımova əsgərlər üçün oxudu

Nisə Qasımova əsgərlər üçün oxudu
  15 İyun 2014    Oxunub:1350
Azərbaycanın Xalq Artisti Nisə Qasımova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlər üçün konsert verib.
AzərTAc xəbər verir ki, N. Qasımova torpaqlarımızın keşiyində duran əsgər və zabitləri Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Xalq Artisti əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış edib. Təqdim edilən rəngarəng musiqi nömrələri əsgərlərin sevincinə səbəb olub.

Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti gözəl konsert proqramına görə Nisə Qasımovaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bu cür tədbirlər düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynayır.

Sonda hərbi hissə rəhbərliyi adından Xalq Artisti Nisə Qasımovaya fəxri fərman təqdim edilib.


Teqlər:





Xəbər lenti