“Sizdən, olsa-olsa, paraşütçü olar”- Ərdoğan

“Sizdən, olsa-olsa, paraşütçü olar”- Ərdoğan
  15 İyun 2014    Oxunub:1138
“Qorxaqlıq müxalifətin canına işləyib”.
AzVision.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan müxalifət partiyalarının vahid namizəd axtarışını tənqid edib.

Ədalət və İnkişaf Partiyası olaraq "tək millət, tək bayraq, tək vətən, tək dövlət" kimi yola çıxdıqlarını deyən Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu tənqid edib.

"İndi baxıram, CHP-nin ağlına bayraq gəldi. Hörmətli Kılıçdaroğlu, sən nə zamandan bəri bayrağı xatırlayan olmusan? Sən həyatında bir dəfə Hakkariyə getdin, onda da əlinə bir dənə Türk bayrağı almadın. Mitinqdə bir türk bayrağı dalğalandırmadın. Sən hansı Türk bayrağını sevməkdən danışırsan?. Biz Hakkaridə dəfələrlə mitinq keçirdik. Vanda da, Diyarbəkirdə də bayraqlarımızla meydanlara çıxmışdıq. “Bayraqları bayraq edən üstündəki qandı, torpaq əgər uğrunda ölən varsa Vətəndir”, deyərək bunu etdik”.
Müxalifəti tənqid edən Ərdoğan bildirib ki, qorxaqlıq onların canına, qanına işləyib: “

“Hamımız, bu vətən torpağnda, bu ay-ulduzlu bayrağın altında birik, bərabərik, birlikdə Türkiyəyik. Bunlar isə havada dayanan “dam” axtarırlar. Sizdən, olsa-olsa, paraşütçü olar”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti