BQXK-nın Ağdam yolu ilə apardığı yük Xankəndiyə çatıb |
Telekanalın məlumatına görə, Ağdamdan çatdırılan məhsulların içində xaricdən istehsal olunan tibbi-gigiyena ləvazimatları (Rusiya və İsveçrə-red.) da olub. Onlar yoxlanıldıqdan sonra müvafiq ərazilərə paylanacaq və lazım gəldikdə istifadə olunacaq.
Xatırladaq ki, sentyabrın 12-də Rusiyadan gələn humanitar yardım yükü Azərbaycanın tələbi əsasında Ağdamdan keçdi.
Tural Tağıyev
AzVision.az