Oqtay Əsədov deputatları Rusiyaya aparır

Oqtay Əsədov deputatları Rusiyaya aparır
  03 İyun 2014    Oxunub:1132
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-də Rusiya Federasiyasına rəsmi səfər edəcək.

Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Ülvi Quliyev, Mixail Zabelin, Muxtar Babayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində O.Əsədovun Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin və ölkənin Baş nazirinin müavini Dmitri Roqozinlə görüşləri nəzərdə tutulub.

Bu görüşlərdə parlamentlər səviyyəsində münasibətlərimizin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, deputatların qarşılıqlı səfərləri, ölkələrimiz arasında həyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Səfər iyunun 5-də başa çatacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti