Bu gündən MİQ müsabiqəsinin test mərhələsi başlayır

Bu gündən MİQ müsabiqəsinin test mərhələsi başlayır
  11 İyul 2023    Oxunub:1342
Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti