Nəzarətçi müəllim imtahandan çıxarıldı

   Nəzarətçi müəllim imtahandan çıxarıldı
  09 İyul 2023    Oxunub:1906
İyulun 9-da II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 6 abituriyent və 1 nəzarətçi müəllimdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Bundan əlavə, 2 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. Üzərində mobil telefon aşkar olunanların nəticələri ləğv olunur və onlar müsabiqəyə buraxılmırlar. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: İmtahan  





Xəbər lenti