İki nəfərdə telefon aşkarlandığı üçün imtahandan xaric olunub

İki nəfərdə telefon aşkarlandığı üçün imtahandan xaric olunub
  08 İyul 2023    Oxunub:1854
"Bu gün keçirilən imtahanda iki nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub".
Bu barədə "Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti