Lisey və gimnaziyalar üçün seçimlər başa çatıb

Lisey və gimnaziyalar üçün seçimlər başa çatıb
  04 İyul 2023    Oxunub:1354
Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçimlər başa çatıb.
Təhsil İnstitutundan AzVision.az -a verilən xəbərə görə, lisey seçimləri şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az/login) vasitəsilə həyata keçirilib. Valideynlər şəxsi kabinetlərə daxil olaraq “İmtahanlar” bölməsindən imtahan nəticələri ilə tanış olub və lisey seçimi ediblər.

Bu mərhələdə 3 lisey seçimi şansı təqdim olunub. Hər 3 seçimi etmək zərurəti olmayıb. Lisey seçimləri 4 iyul 16:00–a qədər davam edib. Qeyd edək ki, nəticələr seçimlər yekunlaşdıqdan bir neçə gün sonra elan ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti