“BDU- nun tələbəsini bura transfer etmək olmayacaq”

  “BDU- nun tələbəsini bura  transfer etmək olmayacaq”
  09 İyun 2023    Oxunub:2660
“Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi çox sadə hazırlanıb, diqqət edilməli olan sahələr var. Bu elə bir sahədir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsini bura transfer etmək olmayacaq”.
AzVision.az xəbər verir ki, bu fikriləri deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib.

“Ona görə də bu sahədə təhsil önəmlidir. Kosmik sahədə xaricdə təhsil alan mütəxəssislər bura cəlb olunmalıdır. Eyni zamanda, burada dövlət sirrindən, təhlükəsizlikdən söhbət gedir. Ona görə də dövlətin dəstəyi ilə mütəxəssislərin yetişdirilməsi vacibdir. Bu adi sahə deyil ki, göndərib qardaş Türkiyədə yetişdirəcəyik. Lazım gələndə biz mütəxəssisləri Amerikaya və digər ölkələrə göndərəcəyik. Ona görə də buna diqqət yetirmək lazımdır”, - deyə deputat bildirib.

AzVision.az


Teqlər: BDU  





Xəbər lenti