Cəlilabadda ildırım qadını külə döndərdi
Belə ki, Cəlilabadın Söyüdlü kənd sakini, 1953-cü il təvəllüdlü Leylaxanım Bahəddin qızı Abasova ildırım vurmadan hadisə yerindəcə dünyasını dəyişib. Onun oğlu, 1991-ci il təvəllüdlü Mürsəl Əhməd oğlu Abasov və Lənkəran rayon sakini Lətafət Allahverdi qızı Əliyeva isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilsə də, vəziyyətlərinin ağır olduğu bildirilir.
Qeyd edək ki, ildırım ölən qadının bədənin əksər hissəsini demək olar ki, külə çevirib.
Qeyd edək ki, ötən ilin mayın 28-də də Cəlilabadın Ocaqlı kəndi ərazisində anoloji hadisə baş verib. O zaman ildırım vurmadan 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdı (APA).
Teqlər: