Gülənin Bakıdakı daha bir adamı postundan getdi

Gülənin Bakıdakı daha bir adamı postundan getdi
  27 May 2014    Oxunub:1100
Azərbaycanda fəaliyyət göstərən Türk Sənayeçi və İş Adamları Dərnəyi (TUSİAB) İdarə Heyətinin sədri vəzifəsinə keçirilən seçkilərdə Yavuz Kələş qalib gəlib.
Bakıda düzənlənən toplantıya Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycan təmsilçisi Sadettin Topukçu, Milli Məclisin deputatı Musa Qasımlı və çoxsaylı iş adamı qatılıb.

Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan toplantıda, protokol çıxışlarının ardınca TÜSİAB idarə heyəti üzvlüyünə və sədrliyinə seçkilər keçirilib. Seçkidə tək namizəd olaraq iştirak edən Y.Kələş idarə heyətinin sədri seçilib.

Qeyd edək ki, buna qədərki dövrdə TUSİAB-ın İdarə Heyətinin sədri Murad Bakır idi. O, Azərbaycanda Fətullah Gülənin əsas adamlarından biri sayılırdı. “Nurçu”larla bağlı məsələ Azərbaycan mətbuatının gündəminə gələndən sonra onun haqqında da xeyli yazı dərc olunmuşdu. Görünür, F.Gülənin son addımına da məhz bu yazılar təsir edib. (`teleqraf`)


Teqlər:





Xəbər lenti