Nazir: `Mobil rabitə ucuzlaşacaq`

Nazir: `Mobil rabitə ucuzlaşacaq`
  24 May 2014    Oxunub:884
“Yaxın zamanlarda mobil operatorlarının ara bağlantılarında daha aşağı qiymətə vahid tarif sistemi tətbiq olunacaq”. Bunu jurnalistlərə açıqlamasında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, mobil tariflərin endirilməsi üçün danışıqlar davam etdirilir: “Hər üç operatorla apardığımız müzakirələrin nəticəsindən asılı olaraq, yaxın zamanlarda mobil operatorlar üçün ara bağlantı tariflərinə görə daha aşağı qiymətə vahid tarif sistemi tətbiq olunacaq”.

Ə. Abbasov qeyd edib ki, bu həm rəqabət mühitinə artırılmasına və qiymətlərin aşağı salınmasına gətirib çıxaracaq (apa).


Teqlər:  





Xəbər lenti