Mətanət Əzizovanın əri və oğlu qaçarkən tutuldu
Mətanət Əzizovanın anası, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı xəbəri təsdiq edib.
Hüquq müdafiəçisi deyib ki, kürəkəni ilə nəvəsi Gürcüstana gedəndə sərhəddə saxlanılıblar: "Onları saxlayan sərhədçilər deyiblər ki, sizin ölkədən çıxmağınıza icazə yoxdur. Konkret səbəb isə göstərilməyib".
Qeyd edək ki, Mətanət Əzizovanın adı Leyla Yunusun məşhur "erməni işi"ində hallanır. M.Əzizova bu işlə bağlı bundan əvvəl prokurorluqda iki dəfə dindirilib. M.Əzizova hazırda xaricdədir. Onun harada olduğu bilinmir, daha doğrusu, ailə üzvləri tərəfindən gizli saxlanılır.