Serb saytı Azərbaycanın yardımından yazdı

Serb saytı Azərbaycanın yardımından yazdı
  21 May 2014    Oxunub:1145
Serbiyanın “b92” xəbər portalında Azərbaycanın bu ölkədə baş vermiş təbii fəlakətlə bağlı yardım göndərməsi barədə növbəti yazı yerləşdirilib. Yazı ilə BURADAN tanış olmaq olar.
Məqalədə Serbiya baş nazirinin birinci müavini İvitsa Daçiçin fikirləri də yer alıb. O, Serbiyanın bu çətin günlərində Azərbaycanın böyük yardımına görə minnətdarlığını bildirib.

Yazıda qeyd edilir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, “AzVirt” MMC-nin, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri, Serbiyadakı Azərbaycan diasporunun təmsilçiləri artıq seldən əziyyət çəkən bölgələrə baş çəkiblər.

Bildirilir ki, Azərbaycan daha əvvəllər də Serbiyada bir sıra humanitar layihələr həyata keçirib. Bu baxımdan, Azərbaycan tərəfindən Vojvodinadakı qaçqınlara, eyni zamanda Belqraddakı körpələrin, uşaqların və gənclərin müdafiəsi üzrə mərkəzə göstərilən yardımı xüsusi vurğulamaq lazımdır.


Teqlər:  





Xəbər lenti