TQDK 60 nəfəri imtahandan qovub
Bildirilib ki, imtahanda iştirak etmək üçün sənəd vermiş 18 783 abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 17 556 abituriyentdən 60 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub, 1 nəfər cavab kartını təlimata zidd olaraq özü ilə aparıb, 2 nəfər isə cavab kartını bilərəkdən korlayıb. Həmin abituriyentlərin nəticələri ləğv edilib.
AzVision.az