Ölkədə hərbi vəziyyət elan edildi

Ölkədə hərbi vəziyyət elan edildi
  20 May 2014    Oxunub:1302
Tayland ordusu ölkədə hərbi vəziyyətin elan olduğunu bildirib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Ordunun yerli TV kanalları ilə yaydığı bəyanatda bildirilir ki, söhbət hərbi çevriliş və ya hakimiyyətin devrilməsindən getmir, ordu yalnız ölkədəki yaranan siyasi böhran zamanı Taylandda sabitliyin saxlanılması üçün öz səlahiyyətlərini genişləndirir.

Hökumət isə öz növbəsində hərbi vəziyyətin elan ediləcəyindən xəbərsiz olduğunu bildirib. Hərbi vəziyyətin elan olunmasından dərhal sonra ordu komandanlığı ölkədə siyasi aksiyaların keçirilməsini qadağan edib.

Qeyd edək ki, Taylandda hərbi çevrilişlər müntəzəm şəkildə olur. Axırıncı dəfə bu ölkədə hərbi çevriliş 2006-cı ildə baş verib. Tayland ordusu həmin zaman Taksin Çinavat hökumətini devirib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti