FHN intihara cəhdin qarşısını alıb

FHN intihara cəhdin qarşısını alıb
  20 May 2014    Oxunub:1198
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs özünü çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından aşağı atmaq niyyətindədir.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, qadınla söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti