Rusiyada azərbaycanlı oğlan sevdiyi qızı qətlə yetirdi
Şevçenko küçəsində yerləşən evin qarşısında 19 yaşlı azərbaycanlı oğlanla qız tanışı arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qızın oğlanla münasibətdən imtina etməsi olub. Nəticədə azərbaycanlı gənc üstündə gəzdirdiyi bıçaqla qızın baş və boyun nahiyəsindən zərbələr endirib. Qız hadisə yerindəcə keçinib. Hadisə baş verən zaman qızın anası da onların yanında olub. O, azərbaycanlı gənci sakitləşdirməyə çalışsa da, cinayətin baş verməsinə maneə ola bilməyib.
Cinayəti törədən şəxs hadisə yerindən qaçsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə saat sonra onu tutmağa müvəffəq olublar.
Adı açıqlanmayan 19 yaşlı azərbaycanlı gənc törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(apa)