Fazil Məmmədovdan büdcəyə 2,6 milyardlıq xeyir

Fazil Məmmədovdan büdcəyə 2,6 milyardlıq xeyir
  14 May 2014    Oxunub:1102
Bu ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə ödənilən vergi daxilolmalarının həcmi 2 milyard 650 milyon 404,6 min manat təşkil edib.
Nazirliyin analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 39,8 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 11,6 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,4 faizi aksizlərin, 14,5 faizi isə digər vergilərin payına düşür.

Bildirilib ki, qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 411 milyon 900 min manat vəsait daxil olub.

Yanvar-aprel aylarında respublika üzrə 30 min 131 vergi ödəyicisi qeydiyyata alınıb. 2014-cü il mayın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 564 min 408 təşkil edib.

Cari ilin yanvar-aprel ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,2 faiz olub.


Teqlər:  





Xəbər lenti