Müsavatın qurultayı bir aylıq təxirə salındı
Qeyd edək ki, Müsavat Partiyası müraciətinə cavab verilmədiyinə görə Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Mayın 12-də keçirilən məhkəmə prosesində Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məktuba “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna istinad edərək, müraciətdə qurultayın keçirilmə günü kimi qeyd edilən vaxtdan - 24 maydan 3 gün qabaq cavab veriləcəyini bildirib. Bəyanatda Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Müsavat Partiyasına qurultay keçirmək üçün 650-700 nəfərlik yer verəcəyi, lakin partiyanın özünün qurultay keçirmək niyyətində olmaması barədə açıqlama xatırladılıb.
Müsavat Partiyası hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Gül bayramını bəhanə edərək, yer ayırmaq üçün vaxtının olmaması, eləcə də fevralın 11-də ünvanlanmış məktuba cavab vermək üçün yenidən 9 gün vaxt istəməsi və məhkəmə prosesinin də həmin müddətə təxirə salınması bəhanədir.
APA.az
Teqlər: