Səfirlik: “Radikal” qəzetinə qarşı mübarizəmizi davam etdirəcəyik”- EKSKLÜZİV

 Səfirlik: “Radikal” qəzetinə qarşı mübarizəmizi davam etdirəcəyik”- EKSKLÜZİV
  08 Aprel 2013    Oxunub:1367
Azərbaycanın Türkiyədəki səfirliyi “Radikal” qəzetində dərc olunan məqaləyə münasibət bildirib
Türkiyənin “Radikal” qəzetinin Ankara şöbəsinin müxbiri Deniz Zeyrek Əhməd Davudoğluya şikayət məktubu göndərib. D. Zeyrek qəzetin dünən yayımlanan “Davutoğlunun `ayrımcı diplomat` sınavı” adlı köşəsində bu barədə yazıb. O, qeyd edib ki, Azərbaycan səfirliyinin əməkdaşı Elsevər Salmanov “Sarı gəlin” mahnısının erməni mahnısı kimi təqdim olunmasından qəzəblənərək “Radikal” qəzetinin əməkdaşlarına “hepiniz ermənisiniz, hepiniz pisliksiniz” deyib. Jurnalist səfirliyimizin əməkdaşının ölkədən çıxarılmasını istəyib.

Məsələ ilə bağlı AzVision.az Azərbaycanın Türkiyədəki səfirliyindən münasibət öyrənib.

Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, “4-30 aprel tarixləri arasında Ankarada 30-cu Musiqi Festivalı həyata keçiriləcək. Qeyd olunan festivalın broşurasında sponsorların reklamları və festival ilə bağlı məlumatlar yer alıb. Lakin “Radikal” qəzetinin “reklamının” olduğu səhifədə, reklam yox, “Sarı Gəlin” mahnısının bir erməni mahnısı olduğuna dair iddia yer alıb. Səfirliyimiz də qeyd olunan qəzetin redaktoruna rəsmi etiraz məktubu ünvanlayıb amma cavab alınmayıb. Ayrıca, Mətbuat Katibi Elsevər Salmanov şəxsi facebook hesabından “Radikal” qəzetinin bu, tərəfli və erməniləri cəsarətləndirən mövqeyini sərt şəkildə tənqid edib. Həmin tənqidi yazıda heç kim təhqir olunmamaqla birlikdə, irqçilik düşüncəsi və jurnalist vəzifəsindən sui istifadə ifşa olunmağa çalışılıb”.

Mətbuat xidmətindən verilən məlumata görə, “Radikal” qəzetinin Ankara təmsilçisi Deniz Zeyrek isə diplomatımızın dəyişən Türkiyənin şərtlərinə uyğun yerində tənqidlərindən yayınmaq məqsədilə mövzunu tamamilə başqa bir istiqamətə yönəltmə məqsədini daşıyan bir xəbər və bir məqalə qələmə alıb. O özünə yönəldilən irqçilik tənqidini diplomatımıza çevirib. Guya diplomatımız erməni olmanın günah olduğuna dair fikir səsləndirmiş, erməni xalqını və “Radikal” əməkdaşlarını təhqir edib.

Bu gün qələmə aldığı məqaləsində Dəniz Zeyrek Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunu diplomatımızı personanon grata elan etməyə çağırıb. Dünənki xəbərdə isə diplomatımıza tamamilə böhtan atılmaqdadır. Səfirliyimiz bu "haqsız ikən özünü haqlı kimi göstərməyə çalışan" Deniz Zeyrek başda olmaqla “Radikal” qəzetinə qarşı mübarizəsini nəticə alana qədər davam etdirəcək. Deniz Zeyrekin 7 aprel tarixli məqaləsinin başlanğıcında və davam edən bir neçə hissəsində diplomatımıza qarşı açıq təhqirlər var. Bunun bədəli onlara ödədiləcək”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti