AXCP-dən Mirmahmud Mirəlioğluna cavab

AXCP-dən Mirmahmud Mirəlioğluna cavab
  05 May 2014    Oxunub:1651
“AXCP-nin Milli Şuranı inhisara alması ilə bağlı səslənən iddialar əsassızdır. Çünki Milli Şuranın son sessiyasında təqdim olunan siyahıda yalnız bir nəfər AXCP-nin üzvü idi”.
Bunu AzVision.az-a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı KXCP funksionerlərinin ittihamlarına cavab verərkən bildirib.

O vurğulayıb ki, siyahıdakı AXCP üzvü siyahıda qeyd edilən şəxs Məhəmməd Talıblı idi, amma o, partiya üzvü kimi yox, iqtisadçı ekspert kimi Milli Şurada daxil ediləcəkdi.

“Onu AXCP üzvü olmayan şəxslər təklif etmişdi. Bu siyahı Milli Şuranın yığıncağına təqdim olunarkən əvvəlcə Koordinasiya Mərkəzində razılaşdırılmışdı və Mirmahmud bəy də bu müzakirədə həmin siyahıya səs vermişdi. Sonradan KXCP tərəfindən bu məsələyə etiraz oldu. AXCP sədri Əli Kərimli belə təşəbbüslə çıxış etdi ki, hər hansı konfliktə yol verməmək üçün bu siyahıda nəzərdə tutulan şəxslərin quruma qəbulu dayandırılsın. Hesab edirəm ki, bu məsələ artıq həllini tapıb”.

Qeyd edək ki, Milli Şuranın son sessiyasında KXCP ilə AXCP arasında mübahisə düşüb. KXCP rəhbərliyi cəbhəçilərin Milli Şuraya üzv qəbul edilməsinə etiraz olaraq təşkilatdan ayrıldıqlarını bəyan etdilər. Sonradan isə KXCP ayrılmaq fikrindən daşındığını, hələ Milli Şurada qaldığını açıqladı. Son proseslərdən də göründüyü kimi Milli Şura daxilində ziddiyətlər davam edir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti